"Xocalı soyqırımı videoçəkilişlərlə sübuta yetirilib və bunu heç kim inkar edə bilmir"


Digərləri 26 Fev 2018 21:40:00 280 0

"Xocalı soyqırımı videoçəkilişlərlə sübuta yetirilib və bunu heç kim inkar edə bilmir"

"Xocalı soyqırımı erməni və rusların birlikdə Azərbaycan xalqına qarşı törətdiyi ilk və son faciə deyil".

Son.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputat bildirib ki, son 200 ildə Azərbaycan xalqına qarşı dəfələrlə soyqırımı törədilib: "Tarixən ermənilər rusların köməyi ilə Azərbaycana qarşı soyqırımı törədib. Xocalı soyqırımı digərlərindən ona görə fərqlənir ki, bu faciə faktlarla, videoçəkilişlərlə sübuta yetirilib və bunu heç kim inkar edə bilmir. Ermənilər bəlkə də hansısa soyqırımı inkar edə bilər, amma bunu inkar etmək mümkün deyil.

1992-ci ildə bu soyqırım törədiləndən sonra mən cəbhə bölgəsinə yolandım və Ağdamda həmin faciə qurbanlarının meyitlərinin yük maşınlarından boşaldılmasının şahidi oldum".