Gəncədə üç avtomobil toqquşdu


Digərləri 26 Fev 2018 20:38:00 238 0

Gəncədə üç avtomobil toqquşdu

Gəncədə üç avtomobil toqquşub, xəsarət alanlar var.

Son.az APA-ya istinadən xəbər verir ki, zəncirvarı qəza hadisəsi şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.

"Toyota-Prado", "VAZ 2106" və "VAZ 2107" markalı avtomobİllərin toqquşması nəticəsində "VAZ 2106" olan iki sərnişin xəsarət alıb. Onlardan biri, 1995-ci  təvəllüdlü Mustafayev Səbail Sabir oğlu xəstəxanaya yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib, vəziyyəti normaldır. Digər şəxsin yüngül xəsarət aldığı bildirilir.