Dünyanın nəhəng şirkətləri neft satışını kriptovalyuta ilə həyata keçirməyə hazırlaşır


İqtisadiyyat 26 Fev 2018 20:25:33 256 0

Dünyanın nəhəng şirkətləri neft satışını kriptovalyuta ilə həyata keçirməyə hazırlaşır

Blokçeyndən istifadə sürət və inamın artmasına, xərclərin azaldılmasına gətirib çıxarır

BP, "Royal Dutch Shell", "Statoil", xammal treyderləri "Gunvor Group", "Mercuria", Koch Supply & Trading", "İNG Bank", ABN Amro Bank" və "Societe Generale" kimi nəhəng şirkət və banklardan ibarət konsorsiumun fiziki neft ticarətini blokçeyn texnologiyası vasitəsilə həyata keçirmək üçün platforma hazırladıqları bildirilir.

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, konsorsium tankerlərlə neft satışını blokçeyn vasitəsilə həyata keçirməyi artıq 3 dəfə test edib.

"Mercuria"dan verilən xəbərə görə, "China National Chemical Corp" şirkətinə çatacaq olan neft üçün tranzaksiyaya 25 dəqiqə vaxt sərf olunub. Adətən, bu tip əməliyyatlara 3 saat zaman sərf olunur.

"Societe Generale" bankının Xammal ticarətinin maliyyələşdirilməsi şöbəsinin müdir müavini və icraçı direktoru C.Baddiyə ( S.Baddi) görə, blokçeyn texnologiyasının tətbiqi insanlara əməliyyatları gözləmədən smartfon və ya IPad vasitəsilə həyata keçirmək imkanı verir: "Bu, onları digər insanların sənəd toplamasından və onlara inanmaq məcburiyyətindən azad edir".

"Mercuria Energy" şirkətinin əməkdaşı Alister Kros isə bildirib ki, (Alistair Cross) mülkiyyət hüququnun ötürülməsi və ardınca uzanan kağız işləri son 200 ildə dəyişməyib: "İnsanlar bəzən saxta sənədlərlə alqı-satqı edib, daha sonra aldandıqlarını görüblər. Artıq bunun sonu gəlib".

Blokçeyn texnologiyası sürət və ianmla yanaşı, xərclərin də önəmli dərəcədə azaldılmasına gətirib çıxaracaq.