Daşkəsəndə arvadını öldürən şəxsin intiharı ilə bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB


Sosial 26 Fev 2018 19:32:00 241 0

Daşkəsəndə arvadını öldürən şəxsin intiharı ilə bəzi təfərrüatlar məlum olub - YENİLƏNİB

Faktla bağlı cinayət işi açılıb

Ötən gün Daşkəsən rayonun Əhmədli kəndində qeyri-rəsmi nikahda yaşadığı qadını qətlə yetirən şəxs intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, fevralın 25-də Əhmədli kəndində qeyri-rəsmi nikahda yaşadığı həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Mahizər Məhəmməd qızı Abbasovanı küt əlatlə qətlə yetirib hadisə yerindən qaçan Daşkəsən rayon Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Şəmil oğlu Bəğırov Gəncə şəhərinə gələrək ordada Məhsəti qəsəbəsində yerləşən özünə məxsus evdə bu gün özünü asıb. 

Məlumata görə, Q.Bağırov həmin evi kirayə verib və dünən hüquq-mühafizə orqanları əməkdaşlar tərəfindən evə baxış keçirilsə də, onu orada tapmaq mümkün olmayıb. Bu gün isə evdə kirayədə yaşayan şəxsin dediyinə görə, o, səhər satlarında xəstəxanaya gedib, evə geri qayıdan zaman ev sahibinin dam tövləsində özünü asdığını görüb. Kirayənişin dərhal bununla bağlı Çanaqçı kəndində yaşayan və bir ay əvvəl boşandığı Q.Bağırovun həyat yoldaşına məlumat verib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

*** 18:35

Ötən gün Daşkəsən rayonunda arvadını qətlə yetirib hadisə yerindən qaçan şəxs intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki yaşadığı evdə özünü asaraq intihar edib.

Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.