AVRO-2020-nin mükafat fondu açıqlanıb


İdman 26 Fev 2018 19:23:00 323 0

AVRO-2020-nin mükafat fondu açıqlanıb

UEFA-nın Sloveniyanın paytaxtı Bratislava şəhərində keçirilən konqresində bir sıra məsələlər müzakirə olunub. Toplantıda AVRO-2020-nin mükafat fondu da müəyyənləşdirilib. Goal.az xəbər verir ki, mükafat fondu 371 milyon avro təşkil edir. Turnirin hər bir iştirakçısı 9.25, çempion isə ümuilikdə 34 milyon avro alacaq.

Qrup mərhələsində hər qələbəyə görə 1.5 milyon, heç-heçə üçün 750 min avro ödəniləcək. 1/8 finala çıxan komandalar 2, 1/4 finala çıxanlar 3.25, yarımfnalçılar isə 5 milyon avro qazanacaq. Finalda iştiraka görə 7, qalibiyyətə görə isə 10 milyon avro mükafat nəzərdə tutulub.

Qeyd edək ki, AVRO-2016-nın mükafat fondu 301, çempionun maksimum qazancı isə 27 milyon avro idi. Qarşıdakı qitə çempionatı Avropanın 13 şəhərində keçiriləcək. Bunların arasında Bakı da var. Turnirin qrup mərhələsində 3, 1/4 finalın 1 oyunu paytaxtımızda baş tutacaq.