Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib FOTO


Digərləri 26 Fev 2018 19:12:00 240 0

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib  FOTO

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Xocalı fəciəsinin 26-cı il dönümünə həsr olunmuş "İşğal altında olan ərazilər" mövzusunda açıq müzakirə təşkil edib.

Son.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində keçirilən müzakirələrdə Ukraynadakı azərbaycanlı gənclər, diaspor rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbirdə 1992-ci il fevralı 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklərdən bəhs edilib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva və gənc fəallar çıxış edərək qətliamla bağlı daha məlumat veriblər.

Xəbərə aid fotolar