Daşkəsəndə arvadını öldürən şəxs intihar edib


Sosial 26 Fev 2018 18:35:39 254 0

Daşkəsəndə arvadını öldürən şəxs intihar edib

Faktla bağlı araşdırma aparılır

 Ötən gün Daşkəsən rayonunda arvadını qətlə yetirib hadisə yerindən qaçan şəxs intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunun Çanaqçı kənd sakini, 1978-ci il təvəllüdlü Qorxmaz Bağırov Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki yaşadığı evdə özünü asaraq intihar edib.

Qeyd edək ki, fevralın 25-də Q.Bağırov vətəndaş nikahında yaşadığı, rayonun Əhmədli kənd sakini, 1975-ci il təvəllüdlü Abbasova Mahizər Məhəmməd qızını qətlə yetirərək hadisə yerindən qaçıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən axtarılan Q.Bağırov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.