Türkiyə prezidenti: "Suriyanın Şərqi Guta bölgəsində atəşkəsə əməl olunmur"


Dünya 26 Fev 2018 18:14:05 259 0

Türkiyə prezidenti: "Suriyanın Şərqi Guta bölgəsində atəşkəsə əməl olunmur"

"Fransa prezidenti Emmanuel Makronla da bugünkü telefon danışığında bu məsələni müzakirə etdik"

“BMT Təhlükəsizlik Şurasının Suriyanın Şərqi Guta bölgəsində atəşkəslə bağlı qərar qəbul etsə də, təəssüf ki, orada bu qərara əməl olunmur”.

“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairə yola düşərkən Atatürk hava limanında jurnalistlərə bildirib.

“Biz bir neçə ay əvvəl Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaniyə "oradakı uşaq və yaşlıları bizə verin müalicə edək" dedik. Ancaq onları bizə vermədilər, rejimə təslim etdilər. Fransa prezidenti Emmanuel Makronla da bugünkü telefon danışığında bu məsələni müzakirə etdik. Onun da məsələyə həssaslıqla yanaşdığını və narahat olduğunun gördüm”, - o vurğulayıb.