Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)


Digərləri 26 Fev 2018 17:50:00 223 0

Kiyevdə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib (FOTO)

Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Xocalı fəciəsinin 26-cı il dönümünə həsr olunmuş “İşğal altında olan ərazilər” mövzusunda açıq müzakirə təşkil edib.

Bakı. Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Xocalı fəciəsinin 26-cı il dönümünə həsr olunmuş “İşğal altında olan ərazilər” mövzusunda açıq müzakirə təşkil edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində keçirilən müzakirələrdə Ukraynadakı azərbaycanlı gənclər, diaspor rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri iştirak edib.