Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının qurbanları anılıb


Digərləri 26 Fev 2018 17:25:00 233 0

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımının qurbanları anılıb

Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Bakı. Avstraliyanın Melburn şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Azərbaycanın Avstraliyadakı fəxri konsulluğundan Trend-ə verilən məlumata görə, konsulluq tərəfindən təşkil edilən tədbirdə Melburnda yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri, şəhər sakinləri iştirak ediblər. Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxışlarda vurğulanıb ki, bu gün o qorxunc hadisənin 26-cı ildönümüdür. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insanlar küçələrə toplaşaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.