"Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir"


Digərləri 26 Fev 2018 17:02:00 275 0

"Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir"

Xocalı faciəsi insanlıq əleyhinə törədilən ən ağır cinayətlərdən biridir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu "Facebook"dakı səhifəsində yazıb.

Ə.Davudoğlu qeyd edib: "Canımız olan azərbaycanlı qardaşlarımızın o gecə yaşadıqları qanlı faciə bizi bir-birimizə daha da yaxınlaşdırdı. Heç şübhəsiz ki, vaxt gələcək işğal altında olan Azərbaycan torpaqları azad olunacaq, yurdlarından didərgin salınan soydaşlarımız öz evlərinə qayıdacaqlar".

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150-nin taleyi hələ də məlum deyil.