Birinci sinfə qəbulla bağlı SMS məlumat sistemi işə salındı


Digərləri 26 Fev 2018 16:51:00 254 0

Birinci sinfə qəbulla bağlı SMS məlumat sistemi işə salındı

"Softline Azerbaijan" şirkəti Bakıda uşaqların birinci sinfə qəbul olunması barədə elektron müraciət göndərmiş vətəndaşların məlumatlandırılması sistemini işə salıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Bir müddət əvvəl şirkət Bakı Təhsil İdarəsinin bu sistemlə bağlı elan etdiyi tenderin qalibi olub. Fevralın 15-də "Softline Azerbaijan" şirkəti ilə 18 min manatdan çox məbləğdə müqavilə imzalanıb.