"Oxudum, gördüm ki, satmaq olar" Kitab oğrusu VİDEO FOTO


Digərləri 26 Fev 2018 16:56:00 256 0

"Oxudum, gördüm ki, satmaq olar"  Kitab oğrusu  VİDEO  FOTO

Paytaxtın Nərimanov rayonu Atatürk prospekti, 9 ünvanında yerləşən, Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan oğurluq olunub. 

Son.az ARB TV-yə istinadla xəbər verir ki, zərərçəkən faktla bağlı Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

Onun bildirdiyinə görə, həmin yerdən müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı kitabı və məişət əşyaları oğurlanıb.

16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb. Həmin şəxs istintaqa ifadəsində əməlini etiraf edib. Onun sözlərinə görə, əyri yolla əldə etdiyi kitabları şəhərin müxtəlif nöqtələrində yerləşən kitab mağazalarına satıb. Araşdırma zamanı Samir Salmanovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.


Xəbərə aid fotolar