UEFA Konqresi quruma yeni ölkənin üzv olmasının əleyhinə çıxdı


İdman 26 Fev 2018 16:32:00 289 0

UEFA Konqresi quruma yeni ölkənin üzv olmasının əleyhinə çıxdı

Cersi Futbol Assosiasiyasının (JFA) UEFA üzvlüyünə qəbul üçün müraciətinə rədd cavabı verilib.

Goal.az-ın məlumatına görə, bu barədə UEFA-nın Slovakiyanın paytaxtı Bratislavadakı Konqresində qərar qəbul edilib. Konqresdə qitə futbol qurumunun 55 üzvündən 49-u üzvlüyün əleyhinə səs verib, 1-i isə bitərəf qalıb.

Qeyd edək ki, Cersi La-Manş boğazında adadır. 100 min nəfərlik ada Böyük Britaniyanın tərkibinə daxildir. JFA 2015-ci ilin dekabrında İngiltərə Futbol Assosiasiyasını tərk edərək UEFA-ya müstəqil assosiasiya kimi qoşulmaq istəyib.