İnsan bədəninə yerləşdirilən süni hissələr yüksək texnologiyalar məhsullarının təsnifatına daxil edilib


Digərləri 26 Fev 2018 16:04:00 227 0

İnsan bədəninə yerləşdirilən süni hissələr yüksək texnologiyalar məhsullarının təsnifatına daxil edilib

İnsan bədəninə yerləşdirilən süni hissələr, insan qanı, terapevtik, profilaktiki və ya diaqnostik məqsədlərlə istifadə üçün hazırlanmış heyvan qanı yüksək texnologiyalar məhsullarının təsnifatına daxil edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının qərarı ilə təsdiqlənən və fevralın 24-dən qüvvədə olan "AZT 051-2018 "Yüksək texnologiyalar məhsullarının təsnifatı"nda əksini tapıb.

Orqanoterapiya üçün nəzərdə tutulan qurudulmuş, xırdalanıb toz halına salınmış və ya salınmamış vəzlər və digər orqanlar, orqanoterapiya üçün nəzərdə tutulan vəzlərin və ya digər orqanların və ya onların sekretlərinin ekstratları, digər qruplara daxil edilməyən, terapiya və ya profilaktika üçün nəzərdə tutulmuş digər insan və heyvan mənşəli maddələr də yüksək texnologiyalar məhsulları sırasına daxil edilib.