Həbsdə olan iş adamına daha bir cinayət işi açıldı


Digərləri 26 Fev 2018 15:41:00 254 0

Həbsdə olan iş adamına daha bir cinayət işi açıldı

Bir müddət öncə marketə basqın edərək qarşıdurma yaratmaqda ittiham edilən iş adamı Azadxan Xanməmmədova qarşı daha bir cinayət işi açılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bundan öncə xuliqanlıqda təqsirləndirilən A.Xanməmmədov bu dəfə dələduzluqda ittiham edilir.

Belə ki, Faiq Seyidovun şikayəti əsasında Binəqədi rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq)  maddəsi ilə cinayət işi başlanılıb.

F.Seyidov ərizəsində qeyd edib ki, A.Xanmmədov onun etibarından sui-istifadə edərək 1 milyon 800 min manat dəyərində 20 ədəd avtobusu dələduzluq yolu ilə öz mülkiyyətinə keçirib.