Xocalı soyqırımının 26cı ildönümü ilə əlaqədar DİMdə tədbir keçirilib


Digərləri 26 Fev 2018 15:37:00 334 0

Xocalı soyqırımının 26cı ildönümü ilə əlaqədar DİMdə tədbir keçirilib

Fevralın 26-da Dövlət İmtahan Mərkəzində (DİM) Xocalı soyqırımının 26‑cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Mərkəzdən Son.az-a verilən məlumata görə, mərasim Xocalı faciəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəşəriyyətə qarşı dəhşətli cinayət olan Xocalı soyqırımının ağır nəticələrindən, o cümlədən erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs edib. Mərkəzin sədri bu faciənin Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. Sədr əlavə edib ki, bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin məhz soyqırım olduğunu təsdiq edir.