Belçikada Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib


Digərləri 26 Fev 2018 15:39:50 211 0

Belçikada Xocalı soyqırımının 26-ci ildönümü  ilə əlaqədar anım mərasimi keçirilib

Belçikada Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Bakı. Belçikada Xocalı soyqırımının 26-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Səfirlikdən Trend-ə verilən məlumata görə, Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsinin önündə təşkil edilən tədbirdə Azərbaycanın Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Mərasim zamanı çıxış edən səfir Fuad İsgəndərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, bu münaqişənin ən unudulmaz və ən ağrılı hadisələrindən biri olan Xocalı qətliamı haqqında söz açıb və həmin hadisəni müharibə zamanı dinc əhaliyə qarşı törədilmiş ən vəhşi akt kimi dəyərləndirib. Səfir son 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqının erməni terroruna məruz qalmasına baxmayaraq, azərbaycanlıların terrora terrorla cavab vermədiyinə diqqəti yönəldib və bunun xalqımızın sülhsevərliyinin sübutu olduğunu vurğulayıb.