Türkiyənin məşhur mafiya lideri Qarabağ qazisini evində qəbul etdi VİDEO


Digərləri 26 Fev 2018 15:01:00 253 0

Türkiyənin məşhur mafiya lideri Qarabağ qazisini evində qəbul etdi  VİDEO

Vətən uğrunda gözünü və bir ayağını itirən gənc Qarabağ qazisi, keçmiş güləşçi Kamil Musavi Türkiyənin məşhur mafiya liderlərindən biri olan Sedat Pekerlə görüşüb.

Görüş S.Pekərin evində gərçəkləşib. Son.az xəbər verir ki, unikal.org-a danışan K.Musavi S.Pekərin onun Türkiyəyə gəldiyindən xəbər tutaraq, evinə dəvət etdiyini deyib:

"Ermənilərin Xocalı soyqırımında həmvətənlərimizin başına gətirdikləri dəhşətli qətliamla bağlı danışmaq üçün Türkiyə kanalları məni bura çağırıblar. Hazırda qardaş ölkədəyəm. Türkiyəyə gəldiyimi Sedat Pekərə deyiblər ki, Kamil Musavi gələcək. O da "qonağım olsa, qürur duyaram" deyib".

Gənc qazi Sedat Pekərlə görüşdən videosunu paylaşıb. O, həmin görüntüdə Kamil Musavinin onun evinə ziyarətə gəldiyi üçün çox xoşbəxt olduğunu dilə gətirib. S.Peker, həmçinin Kamil Musavinin Afrin əsgərlərinə səsləndiyi videoya bağlı da danışıb: