Nuşirəvan Məhərrəmli: "Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur"


Digərləri 26 Fev 2018 14:06:00 340 0

Nuşirəvan Məhərrəmli: "Qanunsuz kabel şəbəkəsi ilə bağlı problemlər çoxdur"

Kabel televiziyaları bir xidmət sahəsidir. Bu, abonentlə yayımı təşkil edən arasında olan hüquqi məsələdir və hüquqi cəhətdən tənzimlənməlidir. Milli Televiziya və Radio Şurası isə sadəcə, abonent və kabel yayımını təşkil edənlər üçün normal şərait yaradır. Biz bu şəraiti yaratmışıq.

Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.

MTRŞ sədri deyib ki, kabel televiziyaları ilə bağlı əhali üçün seçim imkanları çox genişdir: "Azərbaycanda 17 kabel şəbəkəsi, 42 İP TV xidməti göstərən var. Bu, böyük bir seçki imkanıdır və insanlar seçim edəcəklər. Yəni hansı kabel şəbəkəsi çox yaxşı xidmət göstərmirsə, digər kabel şəbəkələrinin xidmətlərindən istifadə edəcəklər. Hesab edirəm ki, bu sahədə ciddi bir problem yoxdur. Kabel şəbəkələri də maraqlıdırlar ki, xidmətləri yüksək səviyyədə olsun və əhali onların xidmətlərindən istifadə etsin. Çünki hər bir abonentin ayrılması kabel şəbəkəsi üçün maddi itkidir".