Salyanda kişi meyiti tapıldı


Digərləri 26 Fev 2018 13:48:00 247 0

Salyanda kişi meyiti tapıldı

Salyan rayonunda kişi meyiti aşkar edilib. 

Son.az report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun yaxınlığından keçən Akkuşa çayı sahilində kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. 

Araşdırmalardan sonra məlum olub ki, bu Arbatan kənd sakini, 1986-cı il təvəllüdlü Qəniyev Elməddin İsrail oğludur.