Leyla Əliyeva "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ağacəkmə aksiyasında iştirak edib FOTO


Digərləri 26 Fev 2018 13:20:28 273 0

Leyla Əliyeva "Xocalıya ədalət!" kampaniyası çərçivəsində ağacəkmə aksiyasında iştirak edib  FOTO

Fevralın 26-da "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

Əvvəlcə 2 nömrəli internat məktəbinin şagirdlərindən ibarət nəfəs alətləri orkestri Azərbaycan Respublikasının dövlət himnini ifa edib.

Xocalı soyqırımı zamanı həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra aksiya iştirakçıları müxtəlif dillərdə "Uşaqlar və müharibə" mövzusunda çıxış ediblər.


Xəbərə aid fotolar