Türkiyə Çexiyadan terrorçu PYD-nin keçmiş həmsədrini təhvil verməyi tələb edir


Dünya 26 Fev 2018 13:15:20 252 0

Türkiyə Çexiyadan terrorçu PYD-nin keçmiş həmsədrini təhvil verməyi tələb edir

Hökumət sözçüsü: “Onun təhvil verilməsini gözləyirik”

“Salih Müslümün Türkiyəyə təhvil verilməsi ilə bağlı Çexiya Ədliyyə Nazirliyinə müraciət edilib”.

“Report” xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, terrorçu PYD-nin keçmiş həmsədri Salih Müslümün Avropaya son səfəri zamanı Çexiyadakı otellərdən birində qaldığına dair məlumat əldə ediblər. B.Bozdağ bildirib ki, “İnterpol”un Türkiyə Milli Bürosu Çexiyadan S.Müslümün tutulmasını tələb edib: “Onlar da lazım olanı ediblər. Ötən gün onunla bağlı dosye Çexiyanın Ədliyyə Nazirliyinə təqdim olunub. Fevralın 26-da Salih Müslüm məhkəmə qarşısına çıxarılacaq və qərar veriləcək. Türkiyə onun təhvil veriləcəyini gözləyir”.

Xatırladaq ki, terrorçu PKK-nın Suriyadakı qollarından biri olan PYD-nin keçmiş həmsədri Salih Müsüm "İnterpol" xətti ilə axtarışa verilib. O, fevralın 24-də Praqada saxlanılıb. Salih Müslümün adı Türkiyə Daxili İşlər Nazirliyinin qatı cinayətkarlar siyahısına salınıb. Onun tapılması üçün 4 milyon türk lirəsi (1 milyon ABŞ dollarından çox) mükafat vəd edilib.