Azərbaycanlı tələbələr Şotlandiyada Xocalı aksiyası keçiriblər (FOTO)


Digərləri 26 Fev 2018 13:09:33 267 0

Azərbaycanlı tələbələr Şotlandiyada Xocalı aksiyası keçiriblər (FOTO)

Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib.

Bakı. Şotlandiyada təhsil alan azərbaycanlı gənclər Aberdin şəhərinin mərkəzində Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı aksiya keçirib. Diasporlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata əsasən, aksiyada azərbaycanlı tələbələrlə yanaşı, orada yaşayan digər soydaşlarımız da iştirak edib. İştirakçılar əllərində Azərbaycan bayrağı və Xocalı soyqırımını əks etdirən plakatlar tutaraq müxtəlif şüarlar səsləndiriblər.