Bakıda uşaq kitablarını oğurlayırmış


Kriminal 26 Fev 2018 12:02:47 245 0

Bakıda uşaq kitablarını oğurlayırmış

Bakıda 900-dən çox uşaq ədəbiyyatına aid kitabı oğurlamaqda şübhəli bilinən şəxs polislər tərəfindən saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nərimanov rayonu Atatürk prospekti 9 ünvanında yerləşən vətəndaş Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan oğurluq edilib.

Bu barədə zərərçəkən şəxs Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, həmin yerdən müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı silsiləsinə aid kitab və məişət əşyaları oğurlanıb.