Cəlilabadda sürücü sükan arxasında öldü


Digərləri 26 Fev 2018 12:04:00 232 0

Cəlilabadda sürücü sükan arxasında öldü

Cəlilabad rayonunda sürücü sükan arxasında dünyasını dəyişib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Sürücü Hakim Böyükağa oğlu Mustafayev 99 kg 148 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında yanacaqdoldurma məntəqəsinin həyətində dayanıb.

Sürücünün hərəkətsiz olduğunu görən ətrafdakılar aidiyyatı üzrə məlumat veriblər.  Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan H. Mustafayevin sükan arxasında öldüyü məlum olub. İlkin məlumata görə, mərhum ürəktutmasından   dünyasını dəyişib.