Dəmiryolu Vağzalında operativ əməliyyat


Kriminal 26 Fev 2018 12:10:00 248 0

Dəmiryolu Vağzalında operativ əməliyyat

Bakı Dəmiryolu Vağzalının ərazisində üzərində "Kalaşnikov" markalı avtomat silah olan şəxs saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə Bakı Dəmiryolu Vağzalının ərazisində Arif adlı şəxsdə odlu silah-sursat olması barədə məlumat daxil olub. Baş İdarə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs - Sumqayıt şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Arif Kiçiknicat saxlanılıb.

Baş İdarədə hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman "AKM" markalı avtomat və içərisində 9 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.


Xəbərə aid fotolar