Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir FOTO


Digərləri 26 Fev 2018 11:51:00 279 0

Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir  FOTO

Bu gün XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 26-cı ildönümüdür.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan ictimaiyyəti Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.