2 aydır yoxa çıxan 13 yaşlı uşağı anası sevgilisi ilə öldürübmüş VİDEO FOTO


Dünya 26 Fev 2018 11:14:00 293 0

2 aydır yoxa çıxan 13 yaşlı uşağı anası sevgilisi ilə öldürübmüş  VİDEO  FOTO

ABŞ-ın Nyu Mexiko ərazisində sevgilisinin 13 yaşlı oğlu Ceremiah Valensiaya təcavüz edən, sonra da uşağı öldürüb cəsədi yandıran şəxs ilə ona kömək edən uşağın anası saxlanılıb.   Son.az Haberler-ə istinadən xəbər verir ki, şübhəlilər uşaq öldükdən sonra yol kənarındakı zibil qutusuna atıblar. Uşağın cəsədi 2 ay sonra tapılıb.

Uşağın anasının bir tanışına oğlunun öldürüldüyünü söyləməsindən sonra polis araşdırmaya başlayıb. Məlum olub ki, uşağı keçmiş məhkum olan 35 yaşlı anası Tracy Ann Pena, sevgilisi Thomas Ferquson və onun 19 yaşlı oğlu Jordan Nunez qətlə yetirib.

Yol kənarında cəsədi tapılan uşağın anası ifadəsində sevgilisindən qorxduğu üçün ona oğlunun cəsədini yol kənarına atmaq üçün kömək etdiyini deyib.


Xəbərə aid fotolar