Nazir: "İş adamları yaşıllıq olan ərazilərdə iş görməməlidir"


Digərləri 26 Fev 2018 10:45:00 238 0

Nazir: "İş adamları yaşıllıq olan ərazilərdə iş görməməlidir"

Təbiəti qorumaq təkcə hüquq-mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, ağacı kəsərək maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri elə sıravi vətəndaşlardır: "Burada tərbiyə və dəyərlərdən söhbət gedə bilər".