Məşqçi xəsarət aldı, oyun təxirə salındı


İdman 26 Fev 2018 09:42:00 265 0

Məşqçi xəsarət aldı, oyun təxirə salındı

Yunanıstan Superliqası çərçivəsində keçirilən PAOK - "Olympiacos" matçı qonaqların məşqçisi Oskar Qarsiyanın xəsarət almasından sonra ləğv olunub.

Goal.az xəbər verir ki, buna səbəb ona tribunadan atılan əşya olub. Matçın başlamasına bir neçə dəqiqə qalmış PAOK-un fanatları ispan mütəxəssisə kassa aparatında istifadə edilən kağız rulonu atıblar. "Cadena Ser" xəbər verir ki, əşya məşqçinin üzünə dəyib. Nəticədə onun dodağı partlayıb. 

Qarsiyaya tibbi yardım göstərilib. O, xəstəxanaya yerləşdirilib.