Hind kinosunun əfsanəsi vəfat etdi FOTO


Digərləri 26 Fev 2018 09:32:29 654 0

Hind kinosunun əfsanəsi vəfat etdi  FOTO

Hindistan kinematoqrafiyasının ən məşhur aktrisası, 54 yaşlı Bollivud ulduzu Şridevi vəfat edib.

O, əri, tanınmış prodüser Bnr Kapur və kiçik qızı ilə birlikdə toya yollandığı Dubayda dünyasını dəyişib.

Son.az NDTV-yə istinadən bildirir ki, 4 yaşında kinolentlərə çəkilməyə başlamış Şridevi 1970-ci illərin sonlarında yetkinlik yaşına çataraq "böyük" rollarda debüt etmişdi. 265 filmə çəkilən Şridevi 1997-ci ildə ekranlardan uzaqlaşaraq özünü ailəsinə həsr etmişdi. Lakin o, 1999-cu ildə yenidən çəkilişlərə qayıtmış, sonrakı 12 ildə 4 filmə çəkilmişdi.

O, hindi, tamil, teluqu və malayalam dillərindəki lentlərdə baş rollarda oynamışdı.