Bağlı qapı arxasında halsız vəziyyətdə qalan vətəndaş xilas edilib


Digərləri 26 Fev 2018 08:40:00 238 0

Bağlı qapı arxasında halsız vəziyyətdə qalan vətəndaş xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, şəhərin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.