Sellülitdən necə qurtulmaq olar?


Digərləri 26 Fev 2018 07:28:00 259 0

Sellülitdən necə qurtulmaq olar?

Sellülit hər bir qadında yarana bilər. Bəziləri ondan xilas olmağın qeyri-mümkün olduğunu düşünür. Ancaq bəzi qidalanma üsulları, antisellülit vasitələri və idman məşqləri ilə sellülitin yaranmasının qarşısını ala və ondan xilas ola bilərsiniz.

Son.az ailem.az-a istinadən bunun bir neçə yolu ilə sizi tanış edir.

Qəhvə

Qəhvənin tərkibindəki kafein və antioksidantlar dərini dartır və canlandırır. 1/4 stəkan qəhvə ununa 2-3 yemək qaşığı isti su əlavə edərək məcun halına gələnə qədər qarışdırın. Nəmləndirici olması üçün bir neçə damcı zeytun yağı da əlavə edə bilərsiniz. Qarışımı problemli bölgəyə tətbiq edin və bir neçə dəqiqə saxladıqdan sonra durulayın. Bunu duş qəbul edərkən də sellülit olan hər yerə tətbiq edə bilərsiniz.

Limon suyu və qırmızı bibər

Limon suyu təbii yağ yandırıcıdır. Bədəninizdəki yağ hüceyrələrini yandırarkən sellülitin də yaranmasının qarşısını alır. 2-3 yemək qaşığı limon suyunu bir stəkan suya əlavə edin. Bir çimdik qırmızı bibər tozu əlavə edin və qarışdırın. Bu qarışımı 30 gün ərzində gündə üç dəfə içmək məsləhətdir.

Bitkilər

Sidr ağacı yağı və kərəviz toxumu yağı kimi bitki mənşəli yağlar sellülit müalicəsi üçün ideal vasitələrdir. Bir neçə damcı bitki yağını problemli bölgəyə çəkin və quru fırçayla masaj edin. Qatı bədən lasyonunuz varsa, içərisinə bir neçə damcı bitki yağı əlavə edib, antisellülit kremi kimi istifadə edə bilərsiniz. Bitki yağını hind qozu, badam və ya zeytun yağına əlavə edərək də masaj yağı kimi istifadə edə bilərsiniz.

Quru fırça

Quru fırça istifadə edərək bütün bədəninizi masaj edə bilərsiniz. Bədəninizdəki qan dövranı artar və bir müddətdən sonra sellülitlərdən xilas ola bilərsiniz.

Sellüliti azaldan məşqlər

Ayaqdakı sellülitdən qurtulmaq üçün:

İki əlinizə də ştanq alın, əllərinizi yanınıza salın. Bir dizinizi yerə doğru əyin. O biri ayağınızla bir addım irəli atıb dizdən qatlayın. Eyni əməliyyatı digər ayaqda təkrarlayın.