Rumıniyada sərt hava səbəbindən məktəblər bağlanacaq


Dünya 26 Fev 2018 03:28:33 268 0

Rumıniyada sərt hava səbəbindən məktəblər bağlanacaq

Küləyin sürəti ölkə üzrə 55-65 kilomertə çatacaq

Bu gündən başlayaraq Rumıniya ərazisində hökm sürəcək hava şəraiti ölkənin təhsil müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərəcək.

"Report"un Şərqi Avopa bürosu xəbər verir ki, paytaxt Buxarest də daxil olmaqla, ölkənin cənub rayonlarında güclü külək və qar yağacaq.

Buxarest şəhər meri Qabriela Firea keçirdiyi mətbuat konfransında bildirib ki, küləkli və şaxtalı hava səbəbindən paytaxt da daxil olmaqla, bir sıra rayonlarda 26-27 fevral tarixlərində məktəblər bağlanacaq. Temperatur normalda ilin bu vaxtı ilə müqayisədə 10-15 dərəcə aşağı düşəcək. Kürəyin sürətinin saatda 55-65 kilometr olacağı gözlənilir.

Öz növbəsində Bolqarıstan və Rumıniya Xarici İşlər nazirlikləri də bəyanat yayaraq, güclü külək, çovğun və şaxtalı hava şəraiti səbəbindən vətəndaşları bu ərəfədə Balkan ölkələrinə səfər etməkdən çəkindiriblər.