8 otaqlı evdə yanğın olub


Digərləri 26 Fev 2018 01:30:00 261 0

8 otaqlı evdə yanğın olub

Biləsuvarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yanğın rayonun Aman kəndində ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin tavanı 30 m2 sahədə, dam örtüyü və ev əşyaları qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.