Göyərtilərin beyinə təsiri


Digərləri 25 Fev 2018 23:39:00 275 0

Göyərtilərin beyinə təsiri

Çikaqoda Raşa Universitetinin apardığı tədqiqata görə, göyərtilərdən hər gün istifadə yaddaşı və koqnitiv (dərketmə və xarici informasiyaları məniməsmək qabiliyyətni təsvir edir. Bir-birindən fərqlənən müxtəlif kontekstlərdə işlənir) qabiliyyətləri yaxşılaşdırır.

Son.az "Neurology" elmi jurnala istinadən xəbər verir ki, kahı, ispanaq və çuğundur yarpağı fol turşusuyla zəngindir. Bu bitkilərdə koqnitiv inkişaf üçün çox vacib olan B vitamini qrupu var.

Həkim və tədqiqatın rəhbəri Marta Kler Morris bildirib ki, gündəlik göyərti istehlakı beyin işinə kömək edir və qocalmasının qarşısını alır.

Beş il davam edən tədqiqatda 960 yaşlı könüllü iştirak edib və onların hər il koqnitiv qabiliyyətləri qiymətləndirilib.