Balakəndə bıçaqlanma olub


Kriminal 25 Fev 2018 23:34:00 311 0

Balakəndə bıçaqlanma olub

Balakəndə bıçaqlanma olub. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saat 20 radələrində Balakən şəhər sakini 1989-cu il təvəllüdlü Ruslan Yura oğlu Şıxıyev qarnının ön divarının kəsilmiş-deşilmiş bıçaq yarası ilə Balakən Mərkəzi rayon Xəstəxanasına (MRX) daxil olub. 

MRX-dan  verilən məlumata görə, Ruslan Şıxıyevin üzərində cərrahiyə əməliyatı aparılıb, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.