Türkiyə Çexiyadan PYDnin sabiq liderinin ekstradisiya olunmasını tələb edib
Dünya 25 Fev 2018 22:31:00 270 0
Ankara Praqada saxlanılan PKK-nın Suriya qolu olan PYD-nin sabiq rəhbəri Salih Müslümün Türkiyəy ekstradisiya edilməsinə nail olmağa çalışır.
Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq bildirib.
Onun sözlərinə görə, Türkiyə DİN, XİN və Ədliyə Nazirliyinin hazırda bu istiqamətdə çalışdığını qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün Şanlıurfqada çıxışı zamanı Salih Müslümün saxlanılmasını alqışlayaraq, onun tezliklə ölkəyə ekstradisiya olunmasına ümid etdiyini bildirib.
Mənbə: milli.az