"Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq"


İdman 25 Fev 2018 21:12:00 341 0

"Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq"

"Qarabağ"ı təbrik edirəm. Bu gün əks-hücumlara daha çox üstünlük verirdik". Goal.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "Qarabağ”a uduzan (0:1) "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov oyunsonrası mətbuat konfransında deyib. O, qeyd edib ki, "Qarabağ" topla yaxşı oynayan komandadır: "Əks-hücumlarda bir neçə fürsət əldə etsək də, dəyərləndirə bilmədik. Rəqib 86-cı dəqiqədə fərqləndi. Kaş 20-ci dəqiqədə qol buraxıb uduzardıq. Belə uduzmaq ağırdır. Yaxşı oyun sərgiləməsək də, uşaqlar bu gün döyüşdülər. Qol epizoduna təkrar baxmalıyam.

O, qeyd edib ki, "Keşlə” ilə oyunda "Kəpəz"in qapısına qol ofsayddan vurulub: "Məncə, bugünkü oyunda da buraxdığımız qolda ofsayd var idi. Bununla özümüzü sığortalamıram".