Bu yol piyadaların qorxulu yuxusuna çevrilib VİDEO


Digərləri 25 Fev 2018 21:40:00 269 0

Bu yol piyadaların qorxulu yuxusuna çevrilib  VİDEO

Abşeron rayonunun Digah qəsəbəsində əsas magistral yol əsl təhlükə mənbəyinə çevrilib. Qəsəbənin içindən keçən, hətta qarşısında tam orta məktəb olan yolda, avtomobillər üçün təhlükəsizliyə dair bütün işarələrin qoyulmasına baxmayaraq, sürücülər buna məhəl qoymurlar. Hətta həmin yolda tez-tez piyada vurulması halları da olur.

Son.az bildirir ki, bir neçə gün bundan öncə həmin yolda, Digah qəsəbə tam orta məktəbin 5-ci sinif şagirdi 11 yaşlı Firuzə İsgəndərovanın yol nəqliyyat hadisəsi zamanı ağır xəsarət alması, sakinləri əməlli başlı qorxuya salıb. Onların sözlərinə görə, hətta qəsəbə daxili yolda vəziyyət o yerə çatıb ki, son 6 ayda piyada vurulması ilə nəticələnən 7 yol nəqliyyat hadisəsi olub ki, nəticədə iki nəfər dünyasını dəyişib.

Yolda sürücülərin yüksək sürətlə avtomobilləri idarə etməsi, şagirdlər üçün böyük təhlükəyə çevrilib. Məktəblilər həmin yolda radarların quraşdırılmasını istəyirlər.