Tələbələr 16 dildə dünyaya səsləndi VİDEO


Digərləri 25 Fev 2018 21:20:00 294 0

Tələbələr 16 dildə dünyaya səsləndi  VİDEO

Dillər universitetinin tələbələri Xocalı soyqırımına həsr olunmuş fləşmob hazırlayıblar.

Son.az bildirir ki, 20 tələbə və iki könüllü məktəbli Bakının tarixi və müasir abidələrinin önündə müxtəlif dillərdə "Biz Xocalıyıq" sözünü deyiblər. 20 müxtəlif yerdə, 16 xarici dildə bəşəriyyətə səslənən gənclərin əsas məqsədi diqqəti Xocalıya çəkməkdir.

Layihənin müəllifi Samir Allahverdiyevin sözlərin görə, burda əsas məqsəd dünyada hər kəsi bu soyqırım haqqında məlumatlandırmaqdır. Məhz buna görə də, fləşmobdakı fikirlər xarici dillərdə səsləndirilib. Video 10 günə çəkilib.