Moda mütəxəssisləri baharın əsas rənglərini açıqladı FOTO


Digərləri 25 Fev 2018 20:42:00 307 0

Moda mütəxəssisləri baharın əsas rənglərini açıqladı  FOTO

Pantone Rəng İnstitutu 2018-ci ilin yaz və ay aylarının ən aktual çalarlarını açıqlayıb.

Son.az modapərəstləri qarşıdan gələn mövsümün əsas rəngləriylə tanış edir.

Bənövşə və yasəmən tonları

Cəlbedici bənövşəyi 2018-ci ilin əsas rəngi seçilib. Etiraf etmək lazımdır ki, sələfi yaşıldan fərqli olaraq bənövşəyi tonlar hər kəsə yaraşır. O yeni kolleksiyalarda doğrudan da uğurla istifadə edilib.

Kvezal yaşılı

Kvezal Cənubi Amerikada yaşayan və tünd yaşıl lələkləri olan quş növüdür. Lakin Pantone bu rəngi təkcə kvezalın qanadlarının gözəl lələkləri səbəbindən deyil, həm də nişanlısı Harri ilə efirə yaşıl paltarda çıxan Meqan Markla görə seçib. Rəng təşkilatı hesab edir ki, şahzadənin nişanlısının bu seçimi modapərəstlərin də qəlbinə və qarderobuna mütləq şəkildə yol tapacaq.

Qırmızı armud

Bu rəng şərab və albalı çalarının mürəkkəb birləşməsini xatırladır. İqlim xüsusiyyətləri nəzərə alaraq bu rəngi ilin soyuq aylarında təsəvvür etmək daha asandır. Yeri gəlmişkən tünd qırmızı zamşa gödəkçələr, ayaqqabı və həcmli sviterlər yaya qədər qarderoblarda öz mühüm yerini tutacaq.

Zəfəran ləçəyi

Çox gözəl və zərif rəngdir, xüsusilə aksessuarlarda daha effektli görünür. Məsələn, günəşdən qoruyucu eynək, ayaqqabı, çantalar və qeyri-adi dabanlı zamşa ayaqqabılar.

Səhnə işığı

Sarı rəng dərhal isti və qayğısız yay haqqında xatirələr oyadır: Günəş, qızıl qum, şəffaf qədəhdə limonad və həyatın digər sevincləri...


Xəbərə aid fotolar