"Lazio" 70 milyon avrodan imtina edib


İdman 25 Fev 2018 18:52:00 245 0

"Lazio" 70 milyon avrodan imtina edib

"Lazio"nun idman direktoru İqli Tare 22 yaşlı yarımmüdafiəçi Serqey Milinkoviç-Saviçə görə ötən yay bir neçə təklif aldıqlarını bildirib. Goal.az xəbər verir ki, funksioner bunları deyib:

"Yayda bizə Milinkoviç-Saviçə görə 70 milyon avro təklif etmişdi. İstəyirik ki, futbolçular klubda qalsın, "Lazio"dan trampilin kimi istifadə etməsinlər. Bu adan etibarən transfer bazarında cəlbedici faktorlar olmayacaq. Mediadakı söz-söhbət isə işimizin bir hissəsidir. Buna öyrəşmək lazımdır".

Serbiyalı futbolçunun xidmətlərində "Manchester United", "Real", "Juventus", PSG klubları maraqlı idi.