Təzə evlənən hindli cütlüyə dəhşətli sürpriz:


Dünya 25 Fev 2018 18:50:00 255 0

Təzə evlənən hindli cütlüyə dəhşətli sürpriz:

Hindistanda toy mərasimindən sonra bəyin evində partlayış baş verib.

Son.az lent.az-a istinadən bildirir ki, Odişa əyalətində keçirilən toydan bir neçə gün sonra Soumya Sekhar və Rema Sahu cütlüyünün yaşadığı evə qutuda hədiyyə göndərilib. 18 fevralda toyu olan təzə bəy Rema Sahu və 85 yaşlı nənəsi Jemamani Sahu qutu açılarkən baş verən partlayış nəticəsində ölüb. Təzə gəlin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Polis ilkin araşdırma zamanı partlayıcı yerləşdirilmiş qutunun üzərində göndərildiyi ünvanın olmadığını və onu gətirən şəxsin qaçdığını bildirib.