Maştağadakı bu evdə 8 min saat var


Digərləri 25 Fev 2018 18:26:00 277 0

Maştağadakı bu evdə 8 min saat var

Dostumgilin evinin hər otağında zamanı fərqli göstərən bir saat vardı. Günlərin bir günü evə qonaq gəlir, divardakı saatlar diqqətini çəkir və maraqla soruşur: "Niyə hər otaqda bir saat var?" Dostumun atası yarızarafat, yarıciddi cavab verir: "Hərəmiz birinə inanırıq".

Maştağada bir adam fərqli, başqa dünyaların saatını bir otağa yığıb. Onun öz əlləri ilə yaratdığı bu muzeyə girəndə dostumun əhvalatını xatırladım. Və onda anladım ki, saat həyatın ürəyidir. Hər kəs öz saatı ilə dinləyir dünyanın səsini.

Böyük bir otağa girdik, bizi şıdırğı yağan yağış kimi saat səsləri qarşıladı. Şair demiş, sıra-sıra, inci-inci nur damcılar. Hər saat çıqqıltısı yerə dəyən yağış damlasıydı.

- Bir dəfə bura gəldim, - bizə çay gətirən oğlan danışırdı. - saatların birini qoşurdum. Bir də gördüm düz üç saat vaxt keçib.

Saatların içində də zaman keçir, onlarsız da. Necə oxuyur o məşhur mahnıda: "Vaxt heç cür keçməsə də, günlər, həyatlar keçib gedir".

- Niyə o qədər vaxt burda durdunuz ki? - sadəlövhcəsinə soruşdum və bu an saatlardan biri sözümün arxasınca zəng çaldı.

Qvazimodanı xatırladım, kilsə zənglərini çalmaqla xoşbəxt olan Qvazimodanı. Parisin ən çirkin, sevilməyən adamını xoşbəxt edən bu zəng səsləri onun qulaqlarını kar eləmişdi.

- Heç bilmədim ki... Sakitlik tapdım nəsə. Elə bildim çöldə yağış yağır, məndə oturub yağışın pəncərəyə döyən səsini eşidirəm. 

Sükut çökdü və saatların birlikdə yaratdığı çıqqıltı qulaqlarımızdan içimizə axdı. Yağış qoxusunu duydum sanki. Şair olsa buna saat yağışı deyərdi. Bu zamanın həzin, xoş və bir az da qəmli himniydi.

Böyük bir otağa saatları yığıb zamanın muzeyini yaradan Ramiz Əliyev özü də saat kimi sakit biri idi.

- Nə qədər olar saat kolleksiyası ilə məşğul olursunuz?

- Sizə deyim, 15-20 il...

Saatların arasından birinin gur səsi eşidildi. Arxasınca o biri saatlar öz nəğmələri ilə ona qoşuldu.

- Mənim atam saatsaz olub. Çox yaxşı saatsaz idi. Mən onun xatirəsini yaşatmaq üçün bu kolleksiyanı yığdım.

- Yəqin atanızdan qalan saatlar da var?

- Atamdan cəmi 5 saat qalıb.

Saysız-hesabsız saatlar onun sözünü çıqqıltıları ilə təsdiq elədilər.

Özümü birdən-birə kilsədə hiss elədim. Sanki kilsə zəngləri dalbadal çalır, insanları ibadətə səsləyirdi. Otaqda kilsə sakitliyi, kilsə rahatlığı vardı. Etiraf edim ki, gərgin idim, başım qazan kimi qaynayırdı. Saat səslərinin müalicəvi təsirini hiss edən kimi elə bil kimsə görünməz əlləri ilə ağrılarımı sakitləşdirdi.

Gəlin bu yazı ilə sizi də ora aparım. Gözlərinizi yumun. Elə təsəvvür edin ki, XIX əsrin Fransasındasınız. Parisdə, hansısa bir əsilzadənin sarayında. İçəridə qədimi əşyalar var. Muzeylərdə gördüyünüz əşyalar indi sizin ixtiyarınızdadır. İstədiyinizi əlinizə götürə bilərsiniz. Saysız-hesabsız saatlarla əhatələnmisiniz. Hər tərəfdən zamanın səsi gəlir. Gözlərinizi yumun və bu səsi öz içinizdəki səsə birləşdirin. Əlavə səslər də var burda: patefondan çıxan mahnı səsi. Ramiz bəy bu səsə orijinal, əl dəyilməmiş səs deyir. Eynən elədi, çox təmizdi. Heç nə düşünmədən qulaq asın. Başqa bir səs, sovet istehsalı bir radio səsi də bu ümumi səslərə qoşulub. Və bir də plazma televizordan çıxan səs var. Qədim zamanla müasir zamanın səsini birləşdirib kainatın himninə qulaq asmaq sizə nə böyük hüzur verəcək.

Ramiz bəyin yaratdığı bu zaman muzeyi mənə o böyük hüzurun qapısına yaxınlaşdırdı.

- Özünüz saatsaz deyilsiniz?

- Yox, maşın ustasıyam, amma saatlardan başım çıxır.

- Bura çox xərc çəkərsiniz.

Gülümsünür:

- İnsan sevəndə bununla maraqlanmır. - deyir. - Elə çox olmaz. Bu saatların hamısı tullantı olub. Düzəltmişəm.

- Hamısı?