Ağcabədidə 21 yaşlı tələbə qız qaçırıldı


Digərləri 25 Fev 2018 17:55:00 194 0

Ağcabədidə 21 yaşlı tələbə qız qaçırıldı

Ağcabədi rayonunda 21 yaşlı tələbə qız qaçırılıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə şəhərin S.Vurğun küçəsində baş verib.

Qızın anası Nazilə Musayeva "Report"a açıqlamasında qızı Sevinc Musayevanın zorla qaçırıldığını iddia edib. Artıq 3 gündür qızından xəbər ala bilməyən ana hüquq-mühafizə orqanlarına məlumat verib.

Məlumatda o da bildirilir ki, ehitimala görə, qızı İsmayıllı rayonundan Ağcabədiyə qonaq gələn şəxs qaçırıb.