London klubunun azarkeşləri rəhbərliyi Adolf Hitlerlə müqayisə edib


İdman 25 Fev 2018 16:15:00 311 0

London klubunun azarkeşləri rəhbərliyi Adolf Hitlerlə müqayisə edib

"West Ham United"in bir qrup azarkeşi İngiltərə Premyer Liqasının 28-ci turunda "Liverpool"a qarşı keçirilən oyunda (1:4) klub rəhbərliyinə həsr olunnan banner açıblar. Goal.az xəbər verir ki, bannerdə "West Ham" bosslarının fəaliyyəti təniqd olunub.

"Breydi, Sallivan və Qold. Sizin şərqi Londona Adolf Hitlerdən daha çox zərər vurmusuz. İstefa" - bannerdə yazılıb.

Karren Breydi "çəkicdöyənlər"in vitse-prezidenti, Devid Sallivan və Devid Qold isə sahibləridir.