Tərlan Əhmədovun "Neftçi"də ilk heç-heçəsi


İdman 25 Fev 2018 16:33:00 369 0

Tərlan Əhmədovun "Neftçi"də ilk heç-heçəsi

Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” öz meydanında “Zirə” ilə qarşılaşıb. Goal.az xəbər verir ki, matçda qalib müəyyənləşməyib – 1:1. Bu, Tərlan Əhmədovun “Neftçi”nin baş məşqçisi postunda ilk bərabərliyidir. Çempionatın 5-ci turunda “Zirə” ilə oyunda “ağ-qaralar”la ilk matçına çıxan Əhmədov o vaxtdan bəri keçirdiyi 12 Premyer Liqa və 3 kubok oyununda sülhlə razılaşmamışdı.

 Bu müddətdə ölkə birinciliyində “Zirə” (1:2, 0:1), “Qəbələ” (1:2, 2:3), “Keşlə” (2:0, 3:1), “Səbail” (4:0), “Kəpəz” (1:0, 1:0), “Sumqayıt” (2:1, 0:2) və “Qarabağ”la (0:1) oynamış Tərlan Əhmədovun komandası 6 qələbə qazanıb, bir o qədər də məğlubiyyətə üzülmüşdü. Ölkə kubokunda isə 1/8 finalda “Zaqatala”nı (5:0) darmadağın edən komanda, 1/4 finalda “Zirə” ilə oyunlarda bir qələbə, bir yenilgi əldə etmişdi – 0:1 və 2:0.

“Neftçi”nin Tərlan Əhmədovdan öncəki bərabərsizlik seriyası daha uzun müddət – 16 matç idi davam edirdi. Komanda sonuncu dəfə 3-cü turda – “Kəpəz”lə oyunda bərabərliyə razılaşmışdı – 0:0.