İtaliyada diskotekada yanğın olub, 17 nəfər tüstüdən zəhərlənib


Dünya 25 Fev 2018 16:37:49 246 0

İtaliyada diskotekada yanğın olub, 17 nəfər tüstüdən zəhərlənib

Hadisə zamanı binada bir neçə yüz insan olub

İtaliyanın Dezentsano-del-Qarda şəhərində yerləşən diskotekalardan birində baş vermiş yanğın nəticəsində 17 nəfər tüstüdən ciddi zəhərlənib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Lombardiya vilayətinin Təcili Tibbi Yardım İdarəsi yayıb.

RİA "Novosti"nin məlumatına görə, hadisə yerinə yanğınsöndürmə qrupları, bir vertolyot və altı təcili yardım maşını cəlb olunub.

Yerli xəstəxanalara azı 52 nəfər müraciət edib.

Binada ümumilikdə bir neçə yüz ziyarətçi olub. Onlar yerli hakimiyyət qrumları tərəfindən əraziyə göndərilən avtobuslar vasitəsi ilə təxliyyə ediliblər.